Haqqımızda

Mobil cihazların qeydiyyatının aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin
28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmişdir.

rectangle
Mobil Cihazların Qeydiyyatı Sistemi
Mobil Cihazların Qeydiyyatı Sistemi

Mobil Cihazların Qeydiyyat Sistemi müvafiq qərara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılmışdır. Mobil Cihazların Qeydiyyat Sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir.

Mobil Cihazların Qeydiyyat Sisteminin üstünlükləri:

- texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüa yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınması;
- itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması;
- ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması;
- telekommunikasiya bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradılması;
- qeyri-qanuni yollarla idxal edilən mobil cihazların və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısının alınması.